Aİ Rusiyaya qarşı sanksiyalar barədə razılığa gələ bilmədi 

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya əleyhinə sanksiyaların onuncu paketi ilə bağlı razılığa gələ bilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” Brüsseldəki dörd diplomatik mənbəyə istinadən məlumat yayıb.

 

Yeni sanksiyalar paketinin müzakirəsi sabah, fevralın 23-də davam edəcək.

 

Aİ Rusiyaya qarşı onuncu sanksiyalar paketini fevralın 24-də, Rusiyanın Ukraynaya qarşı müharibəsinin ildönümü günündə dərc etməyi planlaşdırır.

 

Akif İsmayılov 

Mənbə

Share: