İspaniya Ukraynaya hazırda təmirdə olan 6 “Leopard-2A4” tankı göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib.
“Ehtiyac olarsa və müttəfiqlərimiz tələb etsələr, bu rəqəm artacaq”, – deyə nazir əlavə edib.
Ekspertlərin sözlərinə görə, İspaniya ordusunda ümumilikdə 108 ədəd “Leopard-2A4” tankı var. Onların təxminən yarısı Şimali Afrikada, daha 53-ü isə Saraqosa yaxınlığındakı hərbi bazada saxlanılır.
Akif İsmayılov