“2013-cü ildən bəri Azərbaycanda quduzluq hallarının sayı artmaqdadır”.
“Report” xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Xəstəliklərə nəzarət və baytarlıq diaqnostikası üzrə milli potensialın təkmilləşdirilməsi” layihəsinin təqdimatından Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nigar Səfi bildirib.
“Hazırda Azərbaycanda quduzluqla bağlı vəziyyət qeyri-sabitdir. Ölkədə şəhər tipli quduzluq mövcuddur. Bununla bağlı maarifləndirici tədbirlər görülür, laboratoriyaların imkanları genişləndirilir. Quduzluq ölkənin şimal və cənub bölgəsində, həmçinin Abşeron rayonu ərazisində geniş yayılıb. Bu ilin I yarısında Azərbaycanda 30 it quduzluğa tutulub”, – o qeyd edib.