G7 ölkələri Ukraynaya 39 milyard yardım edəcək 

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ın daxil olduğu G7 ölkələri Ukraynaya 39 milyard dollar maliyyə yardımı göndərmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, Hindistanın Banqalor şəhərində G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin görüşündən sonra qəbul edilib.

 

“Bu dəstək Ukraynaya inam verəcək və hakimiyyət orqanlarına dövlətin fəaliyyətinə zəmanət verməyə, əsas xidmətlərin göstərilməsini davam etdirməyə, kritik infrastrukturu bərpa etməyə və iqtisadiyyatı sabitləşdirməyə imkan verəcək”, – açıqlamada deyilir.

 

Bəyanatda təşkilat ölkələrindən Ukraynaya silahların tədarükü, Ukrayna hərbçilərinin təlimi və humanitar yardımlar qeyd olunur. 

 

Akif İsmayılov 

Mənbə

Share: