Avropa Mərkəzi bankından faiz endirimi ilə bağlı açıqlama

Avropada iqtisadi artımı və inflyasiyanın yüksəlməsini dəstəkləmək üçün Avropa Mərkəzi Bankının depozit faizi mənfi səviyyədədir. Mənfi faiz Avro Zonası üçün müvəqqəti bir tədbir olaraq düşünülmüşdü, ancaq 5 ildir davam edən mənfi şərtlərə baxmayaraq, Avropa Mərkəzi Bankı hazırda hədəflərinə çatmayıb və bəlkə də faizləri daha da aşağı sala bilər. Yaponiya, İsveçrə, İsveç və Danimarkada da faizlər, bir vaxtlar pul siyasəti üçün alt sərhəd olaraq qəbul edilən sıfır səviyyəsindən aşağıdadır.

Qlobal iqtisadi artımınaçşağı düşməsi  ilə, mənfi faizlər yerini qoruyur. Ancaq nə qədər uzun müddət qalarsa, iradlar o qədər artır. Ən çox edilən tənqidlərə görə, mənfi faizlər bankları zəiflədir, əmanət sahiblərinə mənfi təsir göstərir, özəl sektorun borclarını artırır, ölü şirkətlərə yardım davam etdirilir və bir sıra aktivlərin qiymətləri yüksəlir. Mərkəzi bankirlər həll yollarının ideal olmadığını, ancaq eyni zamanda atdıqları addımlarının deflyasiyadan qorunmaqda və iqtisadi inkişafı dəstəkləməyə kömək olduğunu qeyd edirlər.

Bu baxımdan risk, mənfi faizlərin daimi hala gələrək kök atması ssenarisidir. Bu, xərclərini fərdi əmanət sahiblərinə əks etdirməyən banklar üçün ciddi bir qorxudur.Deutsche Bankın iqtisadçısı David Folkerts-Landau, Avro Bölgəsi banklarının neqativ faiz siyasətinə görə ildə təxminən 8 milyard avro (9 milyard dollar) itkiləri olduğunu hesablayıb. “Nordea Bank”ın İcraçı Direktoru Casper von Koskull isə mənfi faizi, “Avropa banklarını boğan təhlükəli bir mühit” kimi xarakterizə edib.(Fins.az)

 

Qeyd edək ki, Avropa Mərkəzi Bankının pul siyasəti faizi (uçot dərəcəsi) sıfırda, depozit faizi mənfi 0.40%-də və marjinal maliyyələşmə faizi isi 0.25% səviyyəsindədir

Share: