Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı açıqlama verib.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, o, insanlara diqqətli olmağı tövsiyə edib.
“Kədərin böyüklüyünün fərqindəyik. Biz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Bir daha vurğulayıram ki, qəzalı binalardan uzaq durmalıyıq, vətəndaşlarımızdan bu məsələdə daha diqqətli olmalarını gözləyirik”, – deyə Ərdoğan vurğulayıb.