
“Onlar onsuz da özlərini kimsə moskvalı, kimsə urallı, sibirlilər isə sibirli hesab edir…”
“Qərbdə heç vaxt Rusiya Federasiyasının ləğvinə çağırış edilməyib…”
“Məqsəd Qərbdə Rusiyanın dağılmasından sonra sabitliyin pozulacağına dair əndişələri qızışdırmaqdır…”
Rusiyanın rəsmi şəxsləri Ukraynadakı müharibənin Rusiya Federasiyasının bundan sonra mövcudluğu üçün həyati əhəmiyyət kəsb etdiyini yalnışcasına təqdim edən xüsusi informasiya-psixoloji əməliyyat həyata keçirir.
Moderator.az xəbər verir ki, bu barədə Pentaqon yanında fəaliyyət göstərən Amerikanın müharinin öyrənilməsi İnstitutunun (ISW) analitik icmalında deyilir.
“Fevların 26-da “Rossiya-1” telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, “rus xalqı kimi etnik qrupun bu gün mövcud olduğu formada qala biləcəyini bilmir və kollektiv Qərbin artıq Rusiya Federasiyasının indiki formada məhv edilməsi üzrə “kağızda yazılan” planları var.
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev analoji fikirləri fevralın 27-də “Dönməzlik nöqtələri” adlı məqaləsində səsləndirib. O da bu nəticəyə gəlib ki, “bizim böyük ölkəmizin sakit gücü və nüfuzu bütün dünyanın gələcəyinin saxlanılmasının rəhnidir”, – Amerika analitikləri xatırladıb.
Onların fikrincə, Putin və Medvedevin bəyanatları Ukraynadakı müharibəni postsovet Rusiya Federasiyasının gələcək mövcudluğunun kritik vacib müharibə kimi təqdim etmək üçün informasiya əməliyyatı ilə bağlıdır.
“Lakin Qərbin heç bir görkəmli məmuru heç vaxt Rusiya Federasiyasının ləğvinə çağırış etməyib. Qərb liderləri öz məqsədlərini çox ehtiyatla ifadə edib, bu da Ukraynaya maksimum dərəcədə bütün ərazilərini azad etmək üçün imkan yaratmaqdır”, – ISW vurğulayıb.
“Putinin nitqi Rusiyada müharibəyə dəstək verilmək və Qərbdə Rusiyanın dağılmasından sonra sabitliyin pozulacağına dair əndişələri qızışdırmaq, Ukraynaya Qərbin dəstəyini dayandırmaq və onu Kiyevi Rusiyanın tələblərini qəbul etməyə inandırmaq məqsədi daşıyır”, – analitiklər qeyd edib.
1991-ci ildə İsrailə mühacirət etmiş, hazırda Ukraynada yaşayan rusiyalı siyasi texnoloq Mixail Şeytelman başqa cür düşünür. Onun sözlərinə görə, Putin və Medvedev getdikcə nüvə silahını tətbiq etmək üçün daha çox bəhanə axtarırlar.
“Çünki onların, ümumiyyətlə, daha heç nələri qalmayıb. Onlar hamını bu fikrə hazırlayır ki, “bizim başqa çıxış yolumuz olmayıb”. Bu, nüvə silahı barədə nə qədər qorxunc görünsə də, bir il öncə Ukraynaya hücum da qorxunc olub, bu, ağılsız və mümkünsüz görübüb”, – Şeytelman “Politeka” kanalının efirində deyib.
Onun sözlərinə görə, Kremlin birinci şəxslərinin belə bəyanatlar verməsi üçün başqa bəhanələri yoxdur, çünki belə nitqlərlə Rusiya əhalisində “emosiyalar qasırğasını” yaratmaq mümkün deyil.
“Onlar onsuz da özlərini kimsə urallı, kimsə moskvalı hesab edir. Məsələn, sibirlilər dəqiq özlərini rus deyil, sibirli adlandırır”, – siyasi texnoloq qeyd edib və daha bir variantı istisna etməyib: Putin, sadəcə, “formaca məzmunsuz” bəyanat verib.