
Finlandiya Rusiya ilə sərhəddə hasar tikintisinə başlayır.
Modern.az “Yle” portalına istinadən xəbər verir ki, İmatra sərhəd-keçid məntəqəsinin hər iki tərəfində işlərə başlanılıb. Burada hasarın 3 kilometrlik hissəsi tikiləcək.
“Hasar genişmiqyaslı hücum ehtimalının qarşısını almayacaq və finlər bunu başa düşür, amma bu cür tədbirlər Rusiyanın gələcəkdə dağılmasına və qaçqın axınına hazırlıq xarakteri daşıyır”, – deyə qeyd olunub.
Xatırladaq ki, Ukrayna ilə müharibə başladıqdan sonra ilkin dövrlərdə Rusiyadan Finlandiyaya quru sərhədləri vasitəsilə miqrant axını yaşanmışdı.