Rusiya PUA-larla vuruldu, Lavrov Bakıda nə dedi – Modern.az-ın icmalı

Rusiya PUA-larla vuruldu, Lavrov Bakıda nə dedi – Modern.az-ın icmalı

Fevralın son günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşən Rusiyanın XİN başçısı Sergey Lavrov Bakıda ciddi mesajlar verib. Od çərşənbəsini qeyd etdiyimiz 28 fevral tarixi ölkəmizdə digər hadisələrlə də yadda qalıb.

 

Modern.az dünənin icmalını təqdim edir.

 

Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Adil Kərimli rəhbərlik etdiyi sahənin problemlərindən danışıb. “Biz mədəniyyət sahəsində problemlərin olduğunu görürük. Düzdür, bu sahəyə dövlət səviyyəsində dəstək var. Amma boşluqların, problemlərin bir neçə səbəbi var. Bunlardan biri də subyektiv səbəblərdir, komanda işinin olmamasıdır”, – nazir əvəzi deyib. O, həmçinin “Mədəniyyət strategiyası” və “Mədəni irs haqqında” qanunun hazırlanması anonsunu verib.

 

Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Daha sonra Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşüb və birgə mətbuat konfransı keçirilib. Ceyhun Bayramov bildirib ki, Ermənistanla sülh müqaviləsi üzrə işlər onlayn diplomatiya formatına keçirilib. Həmçinin, məlumat verilib ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsi 24% artaraq 4 milyard dollara, qarşılıqlı investisiyaların səviyyəsi isə 9 milyard dollara çatıb. Lavrov bildirib ki, Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlərə keçirilməsinə hər zaman hazırdır. 

 

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi başlayıb. Bu mərhələdə növbəti 20 ailə, 94 nəfər Zəngilanın Ağalı kəndinə köçürülür. Onlardan 50 nəfərdən ibarət 10 ailə fevralın son günü doğma yurduna qovuşub, 44 nəfərdən ibarət 10 ailə isə mart ayının 3-də köçürüləcək.

 

Dünən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

 

Prezident İlham Əliyev fevralın 28-də Kuba vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfər edəcəyi açıqlanıb.

 

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov fəaliyyətə başlayıb. Diplomat paylaşımı ilə İsraili salamlayıb: “Şalom, İsrail!”.

 

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində əməliyyat keçirib. 60 təhlükəsizlik əməkdaşının şəhid olduğu 12 terror aktını törədən PKK/KCK terror təşkilatının üzvü Ramazan Güneş əməliyyat nəticəsində ələ keçirilərək Türkiyəyə gətirilib. İranda isə qızların məktəbə getməsinin qarşısını almaq üçün onları zəhərləyiblər. BBC ən azı 650 qızın zəhərləndiyini aşkarlayıb. Qızlardan heç biri həyatını itirməsə də, bəziləri tənəffüs problemi, başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib.

 

ABŞ-ın dövlət katibi Antoni Blinken Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Modern.az Blinkenin Mərkəzi Asiyaya səfərini şərh edib. Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi Blinkenlə birgə mətbuat konfransında deyib ki, Qazaxıstan hazırda Rusiyadan heç bir təhlükə hiss etmir və görmür. O vurğulayıb ki, Qazaxıstan Rusiyaya sanksiyalardan yayınmağa kömək etmir.

 

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandıran qanunu imzalayıb. Bununla da sözügedən qanun qüvvəyə minib. Ukraynanın Baxmut şəhəri istiqamətində vəziyyət gərginləşir. “Düşmən mövqelərimizi qorumaq üçün istifadə edilə bilən hər şeyi məhv edir”, – Prezident Zelenski bildirib. Bundan əlavə, Rusiyanın Moskva vilayətinin Qabastovo kəndində yerləşən “Qazprom”a məxsus qaz-kompressor stansiyasından 100 metr kənara PUA düşüb.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Bir şəklin tarixçəsi: Məşhur alimin bu fotoya düşən bacısı oğlu – TARİX

Atəşkəs saatlı bombadır, qanlı bədəlini ödədik – Podolyak

Vardanyandan sonra növbə Arayikə çatdı – Qarabağdan qaçmağa hazırlaşır

Paşinyan Ərdoğanı ad günü münasibətilə təbrik edib

Erməni şahid nəyi etiraf etdi – Əhməd Əhmədovun bacısı ilk dəfə danışdı – EKSKLÜZİV FOTOLAR

“Şlyapa Zahid” Zakir Həsənovun dindirilməsini tələb etdi

Deputatdan Mədəniyyət Nazirliyinə SƏRT İTTİHAM

Mövqeyimiz qətidir – XİN başçısı Qarabağ ermənilərindən danışdı

Sankt-Peterburqda həyəcanlı anlar – Qırıclar havaya qaldırıldı (VİDEO)

TikTok və Youtube-da zərərli dini təbliğat videoları yayılır – Deputat

Kamran Əliyevdən “Tərtər işi” ilə bağlı AÇIQLAMA: “Bu, mənəviyyatsızlıqdır”

Alimpaşa Məmmədov dövlət vəsaitini belə mənimsəyib

Naxçıvanda nazir və müavini işdən çıxarıldı

Çindən Ermənistana 100 milyonluq YARDIM

Azərbaycanda kölgə iqtisadiyyatı qiymətləndiriləcək

Ölkədən nə qədər pul çıxarmaq və gətirmək olar? – YENİ QƏRAR

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

8 Martda müəllimlərə pul yox, kitab verin – Deputatdan ÇAĞIRIŞ

Türkiyə seçkilərində üçüncü İTTİFAQ

Lavrovun Bakıya, Əliyevin İrəvana verdiyi mesajlar – Sabiq nazirin şərhi

Vüqar Səfərlidən XƏBƏR VAR

Rusiya Qarabağın bərpasına kömək etmək İSTƏYİR

Mənbə

Share: