
“Həqiqətən də Türkiyə bir növ zəlzələ fırtınasına tutulub. Zəlzələ qış şəraitində 14 milyon insana təsir edib. Dağılmış, təcili sökülməli, ciddi ziyan dəymiş 203 958 bina var. Yalnız dağılmış binaların sayı 31 mindir. 468 031 yeni ev tikəcəyik”.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, seçkilərdən də danışıb: “Bu millət 14 Mayda nə lazımdırsa, onu da edəcək. Məhkəmə vasitəsilə, inzibati-siyasi yollarla hesabat istəmək də bizim borcumuzdur”.