“Pilotsuz uçuş aparatlarının gecə hücumu şimal istiqamətindən törədilib…” – Britaniya kəşfiyyatı

“Pilotsuz uçuş aparatlarının gecə hücumu şimal istiqamətindən törədilib…” – Britaniya kəşfiyyatı

“Rusiya dronların Kiyevə uçub gəlmə müddətini qısaltmağa və Ukrayna HHM qüvvələrini yoxlamağa cəhd edir”

 

“Müharibənin bir ili ərzində düşmənin canlı qüvvə itkiləri 150 minə yaxınlaşır…”

 

Martın 1-nə keçən gecə təcavüzkar Rusiya Ukraynanın arxa cəbhə infrastrukturuna İran istehsalı olan kamikadze dronlarla yeni hücuma cəhd edib. 

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat verib.

 

“Fevralın 28-dən martın 1-nə keçən gecə düşmən Ukraynaya şimal istiqamətindən “Shahed” tipli pilotsuz uçuş aparatları ilə hücum edib”, – məlumatda deyilir.

 

Qeyd edilir ki, cəmi dörd aparat buraxılıb və hamısı Ukraynanın hava hücumundan müdafiə döyüşçüləri tərəfindən vurulub.

 

Bu arada isə Britaniya kəşfiyyatı Rusiyanın kamikadze-dronlarının yeni hücumlarını şərh edib.

 

Qeyd edilir ki, işğalçılar indi də İranın “Shahed” kamikadze-dronlarını Rusiya Federasiyasının Bryansk vilayətindən buraxmağa başlayıb.

 

Məlumatda vurğulanır ki, Rusiya PUA-ların Kiyevə uçub gəlmə müddətini qısaltmaq və HHM qüvvələrini “yoxlamaq” üçün onların yeni buraxılış nöqtəsini tapıb.

 

Britaniya kəşfiyyatı xatırladır ki, fevralın 27-də Ukrayna MN gecə buraxılan 14 “Shahed” dronundan 11-nin vurulduğunu təsdiq edib. Bu zaman onlardan 9-u Kiyev rayonunda, qalanları Ukraynanın şimalında Çerniqov vilayətində vurulub.

 

Bu dəfə kamikadze-dronlar Rusiyanın Bryansk vilayətindən buraxılıb. Bundan öncə Rusiya onları Krasnodar diyarından Azov dənizi üzərindən buraxıb.

 

“İkinci buraxılış meydançası rusiyalılar üçün Kiyevə yaxın olan başqa hücum istiqaməti olacaq”, – Böyük Britaniya kəşfiyyatı qeyd edib.

 

Martın 1-nə olan məlumata görə, Rusiya ordusunun Ukraynada itkiləri müharibənin bir ili ərzində 150 min nəfərə yaxınlaşır. Təcavüzkar həmçinin 3400 tank və 6600 zirehli döyüş maşını itirib.

 

Hal-hazırda işğalçıların əsas hücum səyləri Baxmuta yönəlib. Düşmən həmçinin Avdeyevka, Marinka və daha bir sıra yaşayış məntəqələrinə uğursuz hücumlar həyata keçirib. Baxmut şəhərində vəziyyət mürəkkəb və gərgin olaraq qalır.

Mənbə

Share: