Tramp Bakıya niyə 100 milyon ayırdı? – Şok gəlişmə

Bu yaxınlarda ABŞ Konqresi Azərbaycana silah, özəlliklə hava hücumlarına qarşı silahların satışını qadağan edən qanun layihəsini qəbul edib. Layihəyə səs verənlərin əksəriyyəti demokratlar, sponsoru isə erməni lobbisinə yaxın Konqres üzvü olub. Layihənin qanuni qüvvəyə minməsi üçün onun Senatda təsdiqlənməsi və prezident tərəfindən imzalanması lazımdır.

Milletinsesi.az xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.

Ekspertin fikrincə, erməni lobbisinin hər fürsətdə bizə qarşı bir qanun və ya qərar layihələrini qəbul etdirmək marağı, demokratların da bu cür layihələrə səs vermək həvəsi məlumdur:

“İşin maraqlı tərəfi bu deyil, ABŞ Konqresinin birdən-birə belə layihəni qəbul etməsi mənə çox maraqlı gəldi. ABŞ bizə onsuz da silah satmırdı. Sən demə, ortada bizim xeyrimizə olan və erməniləri, o cümlədən Rusiya və İranı narahat edən fakt varmış.

Teleqraf.com

Share: