“Putin Bryansk vilayətində insidentlə bağlı müharibə dəstəyini itirir”

“Putin Bryansk vilayətində insidentlə bağlı müharibə dəstəyini itirir”

“Bryansk vilayətində baş vermiş insident Ukraynaya rəsmən müharibə elan edilməsi üçün yaxşı fürsətdir…”

 

“USQ, Rusiyanın könüllülər korpusu və Ukraynanın digər silahlı təşkilatları terrorçu təşkilatlar siyahısına salınmalıdır…”

 

Rusiyayönümlü xadimlər Ukrayna məmurlarına qarşı qatillər dəstəsinin yaradılmasını tələb edir

 

Rusiyanın bir çox populyar blogerləri Kremlin siyasətindən narazıdır, çünki onlar hesab edir ki, Bryansk vilayətində baş vermiş insident Ukraynaya rəsmən müharibə elan edilməsi üçün yaxşı fürsətdir.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) icmalında deyilir.

 

Martın 2-də baş verənlər Rusiyanın rəsmi şəxsləri və ultrasağ qrupları arasında Kremlin vəziyyətə reaksiyası barədə şayiələrə səbəb olub. Lakin bir neçə saatdan sonra bəlli olub ki, hakimiyyət üzdəniraq “xüsusi hərbi əməliyyat”ın statusunu dəyişmək niyyətində deyil.

 

Bu barədə ilk fikir yürüdənlərdən biri “Vaqner qrupu” özəl hərbi şirkətin təsisçısı Yevgeni Priqojin olub. O, istehza ilə bəyan edib ki, Moskva Kiyevə özünün “qırmızı xətlərini” keçməyə imkan verib və bu imkandan istifadə edərək öz muzdlularından yararlanıb.

 

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və cavab əməliyyatlarının aparılması barədə Kremlə çağırışlar Krımın işğalçı administrasiyasının “rəhbəri” Sergey Aksyonov, Çeçenistan rəhbəri Ramzan Kadırov və rusiyalı blogerlər tərəfindən səsləndirilib. 

 

Həmçinin, Kremlyönlü bloger və sabiq məmurların sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri, Rusiyanın könüllülər korpusu və Ukraynanın digər silahlı təşkilatları terrorçu təşkilatlar siyahısına salınmalıdır.

 

Bunlar Kremlyönlü xadimlər tərəfindən daxil olan yeganə təkliflər deyil. O cümlədən bütün siyasi, hərbi və iqtisadi qərarların qəbulu, sərhəd bölmələri üçün əlavə resursların ayrılması və Ukrayna ilə dövlət sərhədlərinin möhkəmləndirilməsi, Ukrayna məmurlarına qarşı qatillər dəstəsinin formalaşdırılması və sərhəddə yadlaşma zonalarının yaradılması üçün Ali stavkanın formalaşdırılması ilə bağlı tələblər səsləndirilib.

 

“Bu cavablar önu göstərir ki, ultrasağ birliklər xeyli dərəcədə Kremlin Rusiyanın Ukraynada “ekzistensial müharibə” aparması barədə özünün saxta ritorikasını tam şəkildə müdafiə etmə qabiliyyətinin olmamasının çoxsaylı aspektlərindən narazıdır”, – ISW  ekspertləri hesab edir.

 

Analitiklər hesab edir ki, Putin bu Kremlyönlü xadimlərin bütün tələblərini təmin etməyə qadir deyil.

 

Bundan başqa, xəbər verilir ki, Rusiya Dövlət Dumasında “xüsusi əməliyyatı” bitirməyə və Ukraynaya “əsl müharibə” elan etməyə çağırış edilib.

Mənbə

Share: