Podolyakdan növbəti TƏKZİB: Rusiyadakı hadisələrdə iştirakı etmirik

Podolyakdan növbəti TƏKZİB: Rusiyadakı hadisələrdə iştirakı etmirik

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak növbəti dəfə rəsmi Kiyevin Rusiya Federasiyası ərazisində baş verən insidentlərdə – Bryansk vilayətindəki hadisələrdə və PUA hücumlarında iştirakını təkzib edib.

 

Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

 

“Kritik obyektlərdə partlayışlar, naməlum PUA-ların Rusiya Federasiyasının regionlarına hücumları, toqquşmalar, yaşayış məntəqələrinə partizanların hücumları – bütün bunlar Rusiya Federasiyası daxilində nəzarətin itirilməsinin birbaşa nəticələridir. Müharibənin nəticələri isə… Ukrayna Rusiya Federasiyasındakı daxili münaqişələrdə iştirak etmir…”, – deyə müşavir qeyd edib.

 

Qeyd edək ki, dünən də Podolyak Rusiya Federasiyasının ya partizan müharibəsi ilə üzləşdiyini, ya da bunun qəsdən törədilmiş təxribat olduğunu bildirmişdi.

Mənbə

Share: