
“Zərərin qiymətləndirilməsi işləri başa çatdıqdan sonra şəhərlərimizdə tikiləcək yeni evlərin və kənd evlərinin sayı bəlli olacaq”.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hələlik 214 dağıdılmış və ağır zədələnmiş bina müəyyən etmişik. Təhlükəsizlik bizim prioritetimiz olacaq. Tarixi və mədəni sərvətlərimizi yaşadacaq, eyni zamanda fəlakətlərə qarşı gücləndirəcəyik”, Ərdoğan söyləyib.
“Qədim şəhərlərimizi dirçəltməyi hədəfləyirik”, – deyə o əlavə edib.