Ukrayna Avropadan daha çox mərmi İSTƏYİR

Ukrayna Avropadan daha çox mərmi İSTƏYİR

Ukrayna Avropa İttifaqından (Aİ) artilleriya mərmilərinin tədarükünün ayda 250 min ədədə çatdırılmasını istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

 

Məlumata əsasən, Ukraynanın müdafiə naziri Aleksey Reznikov Avropa İttifaqı ölkələrindəki həmkarlarına mövzu ilə bağlı məktub göndərib.

 

“Hesablamalarımıza görə, döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün minimum tələb olunan sursat yükü ayda 356400 mərmidir”,- deyə o bildirib.

 

Nəşrin yazdığına görə, Avropanın baş diplomatı Cozep Borrell yaxın vaxtlarda Ukraynaya əlavə 1 milyard avroluq dəstək paketi elan edəcək.

Mənbə

Share: