Silahlı basqında yaralanan şəxsin vəziyyəti açıqlandı 

Silahlı basqında yaralanan şəxsin vəziyyəti açıqlandı 

Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.

 

Modern.az APA-ya xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

 

Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

 

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.

Mənbə

Share: