Ərdoğanla Əsəd bu halda görüşə bilər

Ərdoğanla Əsəd bu halda görüşə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın suriyalı həmkarı Bəşər Əsədlə görüşü Türkiyədəki seçkilərdən sonra – qalib gələrsə – baş tuta bilər.
 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan danışıb.

 

Onun sözlərinə görə, Türkiyə və Suriya prezidentləri seçkilərdən əvvəl, çətin ki, görüşsünlər. Bu, indi mümkün deyil.

 

“Türkiyə prezidenti Əsədlə görüşə qarşı deyil, lakin son vaxtlar ölkədə baş verən dağıdıcı zəlzələlər Ərdoğanın cədvəlini xeyli dəyişib. Ərdoğan həftənin üç gününü fəlakət zonasında keçirir. Seçkilərə 74 gündən az vaxt qalıb, ona görə də bunun mümkün olacağını düşünmürəm. Ola bilsin ki, görüş seçkilərdən sonra baş tutsun”, – deyə Erhan söyləyib.

 

Qeyd edək ki, seçkilərin 14 mayda keçirilməsi gözlənilir.

Mənbə

Share: