“Nar”dan gənclərə növbəti iş fürsəti

Gənclərə dəstək olmaq və onların uğurlu karyera qurmasına kömək etmək məqsədilə “Nar” son 6 ay ərzində 5-ci əmək yarmarkasında iştirak edib. Bakı Biznes Universitetində keçirilən “Məzun – 2019” buraxılış tədbiri çərçivəsində mobil operator tələbə və məzunlara mövcud vakant iş yerləri haqqında məlumat verilib. “Karyerada ilk addım” devizi altında keçirilən əmək yarmarkasında mobil opeator müştərilər, satış və biznesin təhlili üzrə mütəxəssis vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. Tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.

Qeyd edək ki, gənclərə dəstək və iş imkanlarına çıxışın təmin edilməsi “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasında yer alan istiqamətlərdən biridir.

Share: