İmamoğlu və Yavaş Akşenerlə GÖRÜŞDÜ

İmamoğlu və Yavaş Akşenerlə GÖRÜŞDÜ

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş İYİ Partiyasının sədri Meral Akşenerlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Habertürk” telenkanalı məlumat yayıb.

 

Görüş İYİ Partiyanın qərargahında baş tutub. 

 

Qeyd edək ki, “Altılı masa” adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiyası blokdan çıxdığını açıqlayıb. Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.

Mənbə

Share: