Qarabağda ermənilərin təxribata əl atdığı ərazidən görüntülər

Qarabağda ermənilərin təxribata əl atdığı ərazidən görüntülər

Baku TV-nin Şuşaya ezam olunmuş əməkdaşı Fərdin İsazadə Laçın-Xankəndi yolundakı son vəziyyətdən danışıb.

 

O qeyd edib ki, sözügedən yolda keçirilən aksiya artıq öz bəhrəsini verib.

 

“Separatçılar bu ərazilərə silah-sursat gətirməkdə çətinlik çəkdikləri üçün sözügedən torpaq yoldan istifadə etmək məcburiyyətində qalıblar”, – deyə F.İsazadə əlavə edib.

 

Canlı bağlantı zamanı Qarabağa silah-sursat daşıyan separatçılarla insidentin baş verdiyi yoldan görüntülər də yayımlanıb.

Mənbə

Share: