Ukrayna generalları Baxmutun müdafiəsinə HƏ dedi

Ukrayna generalları Baxmutun müdafiəsinə HƏ dedi

Ukrayna Prezidenti Volodimir Zelenski Baş Qərargahın növbəti iclasını keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Görüş zamanı Donbasın Baxmut bölgəsindəki vəziyyət müzakirə edilib. Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və operativ-strateji qoşun qrupunun komandiri Aleksandr Sırskidən Baxmut istiqamətində gələcək fəaliyyətlər barədə məlumat alıb.

 

Bildirilir ki, generallar müdafiə əməliyyatının davam etdirilməsinin və Baxmutda mövqelərin daha da möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildiriblər.

 

Xatırladaq ki, bu gün Almaniya mətbuatında Bəxmutun müdafiəsi ilə bağlı Ukrayna hakimiyyəti daxilində fikir ayrılığı yaranması barədə məqalə dərc olunub. Məqalədə bildirilir ki, Zelenski Baxmutun müdafiəsini dəstəkləsə də, generallar bu fikri bölüşmür.

Mənbə

Share: