ABŞ-dan şok: İrana qarşı xüsusi əməliyyat başladılır

ABŞ Yaxın Şərqdə dəniz yollarının təhlükəsizliyin təmini üçün “Gözətçi” adlanacaq hərbi əməliyyat hazırlayır.

Milletinsesi.az  xəbər verir ki, bu məlumatı ABŞ Mərkəzi Komandalığı (CENTCOM) yayıb.

CENTCOM bu əməliyyatı Fars körfəzində bir müddət öncə baş verən hadisələr fonunda başlatdığını vurğulayıb. Əməliyyatın əsas hədəfinin Ərəb körfəzi, Hörmüz boğazı, Bab əl Məndəb boğazı, Oman körfəzi boyunca bütün beynəlxalq sularda təhlükəsizliyin təmini və gərginliyin azaldılması olduğu bildirilib. CENTCOM bütün fəaliyyətlərini ABŞ-ın müttəfiqləri ilə koordinasiya edəcəyini bəyan edib.

Qeyd edək ki, son bir neçə həftə ərzində Fars körfəzində vəziyyət gərginləşib. Cəbəllütariqdə neft tankerinin ələ keçirilməsinə cavab olaraq İran bir dəfə BƏƏ, iki dəfə isə Britaniya neft tankerini ələ keçirməyə cəhd edib. Sonuncu cəhdi zamanı İran hərbçiləri Britaniyaya məxsus tankerinin saxlanıldığını bildirib və buna səbəb kimi dənizçilik qaydalarına riayət edilməməsi göstərilib. Britaniya isə İranın ona məxsus olan iki tankerini saxladığını iddia edib.

Share: