Britaniya Hərbi Dəniz Donanması ölkənin maraqlarını qorumaq üçün çox kiçikdir.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə nazirinin müavini Tobias Ellvud deyib.
“Qarşılaşdığımız təhlükələr dəyişir, dünya daha çətin bir yerə çevrilir. Əgər biz dünya arenasında mühüm rol oynamağımızı istəyiriksə, Silahlı Qüvvələrimizin, ilk növbədə donanmamızın maliyyələşdirilməsini artırmalıyıq”, – nazir müavini bildirib.
Qeyd edək ki, iyulun 19-da İran Britaniyanın “Stena İmpero” neft tankerini saxlayıb.