
Bakıda “Mercedes” markalı avtomobil yanıb.
Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və altında dayanan “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (apa)