Nazir Ramil Usubovun qardaşı oğlunu işdən çıxardı

Nazir Ramil Usubovun qardaşı oğlunu işdən çıxardı

Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov vəzifəsindən azad edilib.

 

Modern.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmri imzalayıb.

 

O, bundan əvvəl Nizami rayon 24-cü polis bölməsinin rəisi işləyib. Hikmət Usubov məlumatı təsdiqləyib.

 

Qeyd edək ki, Hikmət Usubov sabiq daxili işlər naziri, hazırda Təhlükəsizlik Şurasının katibi olan general-polkovnik Ramil Usubovun qardaşı oğludur.

Mənbə

Share: