Alimlər dişisiz, iki erkəkdən nəsil yaradıb…

Alimlər dişisiz, iki erkəkdən nəsil yaradıb…

“Bu kəşf insanlarda sonsuzluğun ağır formalarının müalicəsinə yol aça bilər…”

 

“Bu, ilk dəfə olaraq kişi hüceyrələrindən məməlilərin həyati qabiliyyəti olan yumurta hüceyrələrinin yaradılmasıdır…”

 

“Təqdiqatın motivasiyası məhz qadınlarda sonsuzluğun potensial olaraq müalicəsinin mümkünlüyü olub…”

 

Yaponiyanın Kyuşyu Universitetinin alimləri yeni tədqiqatın gedişində kişi hüceyrələrindən yumurta hüceyrələri generasiya edərək, sonradan iki bioloji atası olan siçanlar yaradıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

 

Bu kəşf insanlarda sonsuzluğun ağır formalarının müalicəsinə yol aça bilər. Bundan başqa, gələcəkdə bu, eynicinsli cütlüklərə ümumi bioloji övladlarının olmasına kömək edə bilər, qəzet yazır.

 

“Bu, ilk dəfə olaraq kişi hüceyrələrindən məməlilərin həyati qabiliyyəti olan yumurta hüceyrələrinin yaradılmasıdır”, – tədqiqat rəhbəri, süni cinsi hüceyrələrin ilk  yaradıcılarından olan Katsuhiko Hayaşi deyib.

 

Hayaşinin proqnozuna görə, kişi hüceyrəsindən (qamet) insanın həyati qabiliyyəti olan yumurta hüceyrəsinin yaradılması artıq onillik ərzində mümkün olacaq.

 

Digər mütəxəssislər hesab edir ki, belə dəyərləndirmə həddən artıq nikbindir.  Çünki əvvəlcə alimlərə laboratoriya şəraitində yetişdirilən qadın hüceyrələrindən insanın yumurta hüceyrələrini yaratmaq lazım gələcək.

 

Bundan öncə alimlər artıq texniki olaraq iki bioloji atası olan siçanlar yaradıb, lakin bunun üçün mütəxəssislər gen mühəndisliyi daxil olmaqla bir sıra mürəkkəb addımlar atmalı olub. Hazırda isə tədqiqatçılar siçanların kişi qametlərindən həyati qabiliyyəti olan yumurta hüceyrələrini yaratmağa  müvəffəq olub ki, bu da əhəmiyyətli nailiyyətdir.

 

İndi Hayaşinin rəhbərliyi altında alimlər qrupu artıq insan hüceyrələrindən istifadə etməklə eksperimenti təkrar etmək istəyir. Laboratoriyada yetişdirilən yumurta hüceyrələrindən onların həyati qabiliyyətini saxlamaqla kliniki məqsədlərlə istifadə etmək üçün xeyli səylər tələb olunacaq.

 

Katsuhiko Hayaşi vurğulayıb ki, etibarlılığı və təhlükəsizliyi sübut ediləcəyi təqdirdə texnologiyanın kliniki şəraitdı istifadəsini dəstəkləyir. Lakin o, etiraf edib ki, cəmiyyətdə belə addıma qərar veriləcəyini bilmir.

 

Tədqiqat müəllifinin sözlərinə görə, bu texnologiyadan həmçinin sonsuzluğun ağır formalarında, o cümlədən Şereşevski-Törner sindromunun (bu xəstəlikdə qadınlarda X-xromosomunun bir nüsxəsi tamamilə və ya qismən mövcud olmur) müalicəsində tətbiq etmək olar.

 

Hayaşi vurğulayıb ki, tədqiqatın motivasiyası məhz qadınlarda sonsuzluğun potensial olaraq müalicəsinin mümkünlüyü olub.

 

Digər təqdiqatçılar güman edib ki, bu metodikanın insan hüceyrələrində tətbiq edilməsi mürəkkəb vəzifə ola bilər. İnsan hüceyrələri yetkin yumurta hüceyrəsinin alınması üçün daha uzun müddət yetişdirilməsini tələb edir, bu da öz növbəsində arzuolunmaz genetik dəyişikliklər riskini artıra bilər.

 

Harvard Tibb Məktəbinin dekanı, professor Corc Deyli Hayaşinin tədqiqatını “heyrət doğuran” adlandırıb, lakin əlavə edib ki, digər təqdiqatlar laboratoriyada insan hüceyrələrindən qametlər yetişdirmək siçanların hüceyrələrinə nisbətən daha mürəkkəb olduğunu göstərib.

 

“Biz Hayaşinin siçanlar üzərində apardığı işi təqlid etmək üçün insan qametogenezinin unikal biologiyasını hələ kifayət qədər anlamırıq”, – Corc Deyli xəbərdarlıq edib.

Mənbə

Share: