3 tanker Azov dənizindən Qara dənizə keçə bilmir

3 tanker Azov dənizindən Qara dənizə keçə bilmir

Azov dənizində mayeləşdirilmiş qaz daşıyan üç tanker Kerç boğazından Qara dənizə keçmək üçün icazə gözləyir.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, gəmilər Krım və Taman yarımadaları arasındakı körpünün altından – Kerç boğazından təhlükəli yüklərin keçməsinə qoyulan məhdudiyyətlər səbəbindən Azov dənizini tərk edə bilmir.

 

Qeyd edək ki, körpü Ukrayna ərazisi olan Krımın 2014-cü ildə Rusiya tərəfindən ilhaqından sonra tikilib. Son müharibədə körpü partladılmışdı.

Mənbə

Share: