
Xəbər verdiyimiz kimi, Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) deputatları Si Cinpini üçüncü müddətə ÇXR-in sədri seçiblər.
Ölkədə ilk dəfədir ki, bir şəxs üç dəfə rəhbər posta seçilir.
Bundan əlavə, Si Cinpin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının rəhbəri vəzifəsini də qoruyub saxlayıb, 2952 seçicinin qərarı yekdilliklə qəbul edilib. Həmçinin, Dövlət Şurasının Baş nazirinin birinci müavini Han Zheng Çin Xalq Respublikasının vitse-prezidenti seçilib. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Zhao Leji MNTK Daimi Komitəsinin sədri təyin edilib.
Səsvermə 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin birinci sessiyasının üçüncü plenar iclasında baş tutub. Bundan bir qədər əvvəl deputatlar Çin Xalq Respublikası Dövlət Şurasının aparatında islahatlar planını da təsdiqləyiblər.
Dövlət Şurası Çinin ən yüksək icra orqanıdır. Hökumətin hazırladığı yekun islahat planı hələ dərc olunmayıb. Planda Çin Kommunist Partiyasının “mərkəzləşdirilmiş rəhbərliyini” gücləndirilməsi və dövlət aparatının səmərəliliyini artırması əks olunub.
Si Cinpinin 69 yaşı var. O, 2012-ci ildə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi olub, 2013 və 2018-ci illərdə isə Çin Xalq Respublikasının sədri seçilib. 2017 və 2022-ci illərdə yenidən Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilib.
Ötən fevral ayında məlum olmuşdu ki, Çin prezidenti Si Tszinpin Moskvaya səfəri planlaşdırır. Bu, bir il əvvəl Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Çin liderinin ilk səfəri olacaq. Pekinin Kremli Ukraynada nüvə silahından istifadə etməməyə inandırmaq niyyətində olduğu bildirilir.
Fevralın 25-də CNN və “The Wall Street Journal”ın ABŞ kəşfiyyatına istinadən verdiyi məlumata görə, Çin Rusiyaya pilotsuz təyyarələr, artilleriya və döyüş sursatları tədarük etməyi düşünür. Pekin əvvəllər Moskvaya silah tədarükü planlarının olduğunu təkzib edib.//Azpolitika