Rusiya milyonlarla döyüş sursatına görə İranla necə hesablaşır?

Rusiya milyonlarla döyüş sursatına görə İranla necə hesablaşır?

“Tehran keçmişdə ələ keçirilən Amerika silahı əsasında silah sistemlərinin işlənib hazırlanmasında böyük təcrübəyə malik olduğunu nümayiş etdirib…”

 

Rusiya Ukraynada ələ keçirilən Qərb ölkələrinin silahını İrana göndərir.

 

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

Məlumata görə, Tehran alınan nümunələr əsasında müasir silahın öz versiyasını yaratmağa cəhd edir. Hal-hazırda qənimət kimi əldə olunan “Cavelin” tankəleyhinə və “Stringer” zenitəleyhinə raket komplekslərinin ötürülməsi məlumdur. İddia edilir ki, bu üsulla Rusiya Tehranı Rusiyanın hərbi müdaxiləsini dəstəkləməkdə davam etməsinə sövq edir.

 

ABŞ rəsmi şəxsləri etiraf edir ki, silah ötürülməsini izləmək çətindir, lakin bunun sistemli xarakter olduğu inandırıcı deyil.

 

CNN qeyd edir ki, hələlik, İranın Ukraynada ələ keçirilən NATO silahının yenidən işlənməsinə müvəffəq olduğu aydın deyil, lakin Tehran keçmişdə ələ keçirilən Amerika avadanlığı əsasında silah sistemlərinin işlənib hazırlanmasında böyük təcrübəyə malik olduğunu nümayiş etdirib.

 

Məsələn, İranın silahlanmasında həlledici döyüş sursatı olan “Toopan” tankəleyhinə idarəedilən raket 1970-ci illərdə Amerikanın “BGM-71 TOW” raketi əsasında yenidən işlənib hazırlanıb.

 

Bundan başqa, 2011-ci ildə iranlılar ABŞ-da istehsal edilmiş “Loskheed Martin RQ-170 Sentinel” pilotsuz uçuş aparatını ələ keçirib və onun nüsxəsini yaradıb. 2018-ci ildə bu tip dron İsrail səmasında vurulub.

 

Bu yaxınlarda Pentaqon rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalantla görüşündə bəyan edib ki, “Rusiya İrana müdafiə, o cümlədən hava hücumubdan müdafiə sahəsində misli görünməyən əməkdaşlıq təklif edir”.

 

O, Tehranın Moskva ilə silahlar sahəsində sıx münasibətlərinin İsrail və bütövlükdə Yaxın Şərq üçün ciddi problemlər yaratdığını vurğulayıb.

 

Bundan öncə məlum olub ki, İran gizli surətdə Ukraynada müharibə üçün  Rusiyaya milyonlarla döyüş sursatı göndərib və ona nağd yolla ödəniş edilib.

Mənbə

Share: