
“İsrail Azərbaycanın aparıcı silah tədarükçülərindən biridir…”
“Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq və onlardan da bunu gözləyirik…”
İsrail Müdafiə Ordusuna İrana hücum edəcəyi halda Azərbaycandan yanacaq doldurmaq üçün baza kimi istifadə etməyə imkan verilməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın bu yaxınlarda İsrailə təyin edilmiş səfiri Muxtar Məmmədov “The Jerusalem Post” qəzetinə müsahibəsində bəyan edib.
Ötən həftə Təl-Əvivə gələn Məmmədov ilk müsahibəsində İsrailin İranın nüvə obyektlərinə hücum etməyə qərar verəcəyi təqdirdə ölkəsinin ona kömək üçün nəzərdə tutulan hava limanının hazırlanması və İranda baş verənləri müşahidə etmək üçün “Mossad”ın Azərbaycanda filialının yaradılması barədə məlumatları təkzib edib.
“Azərbaycan lap əvvəldən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ölkəsinin ərazisindən başqa ölkələrə qarşı istifadəsinə imkan verməyəcək, – diplomat deyib. – Ona görə ki, biz də başqa ölkələrin bizim daxili işlərimizə qarışmayacağını gözləyirik”.
Səfir etimadnaməsini prezident İshaq Qersoqa martın 9-da təqdim etməli olub. Lakin görüş başqa vaxta keçirilib, tarixi bəlli deyil.
Bundan öncə “HaArets” qəzeti məlumat verib ki, Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinin son yeddi il ərzində təxminən 100 yük reysləri İsraildəki partlayıcı materialların daşınması üçün nəzərdə tutulan yeganə “Ovda” aviabazasında eniş edib.
Məlumatda iddia edilir ki, İsrail öz müttəfiqinə silah verib və həmin silahdan o cümlədən Azərbaycanla Ermənistan arasında münaqişədə İrana çıxış əvəzinə istifadə edilib.
Məmmədov deyib ki, ölkəsinin İsraildən aldığı silahın miqdarı barədə dəqiq məlumatı yoxdur, lakin təsdiq edib ki, İsrail ölkəsinin aparıcı silah tədarükçülərindən biridir.
“Hər bir ölkə özünün ərazi bütövlüyü və siverenliyinin qorunnasına görə məsuliyyət daşıyır, – Məmmədov deyib. – Azərbaycan da istisna deyil. İsrail çoxlu silah istehsal edir, ona görə də bu silahın İsraildən alınması normal hadisədir”.