“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu”, “Səhra mətbəxi” və “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak etmək üçün Azərbaycan hərbçiləri Rusiya və Özbəkistana yola düşüb.
Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, yarışlar avqustun 3-dən 17-dək keçiriləcək.