Hakurk bölgəsində “Pəncə” əməliyyatı nəticəsində öldürülən terrorçuların sayı 72-yə çatıb.
Axar.az xəbər verir ki, bu məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb. Nazirlik Şimali İraqa endirilən aviazərbələr nəticəsində 4 terrorçunun öldürüldüyünü bildirib.
Bununla bərabər Pəncə-2 əməliyyatı zamanı terrorçulara məxsus yeraltı sığınacaqların birindən 1500 kiloqram ammonium-nitrat və bir neçə silah-sursat ələ keçirilib. Ələ keçirilənlərin məhv edildiyi vurğulanıb.