“Sabah” Türkiyə klubu ilə qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah”ın daha bir rəqibi məlum olub.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Türkiyənin “Kemerspor” klubu ilə qarşılaşacaq. İyulun 28-də keçiriləcək matç Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” ilk yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubuna 1:2 hesabı ilə uduzub.

Share: