“Heydər Əliyevin arzusu o idi ki, Azərbaycan beynəlxalq arenada tanınsın”

“Heydər Əliyevin arzusu o idi ki, Azərbaycan beynəlxalq arenada tanınsın”

“Prezident Heydər Əliyevin sülhlə bağlı arzusu var idi, o sabit, rifahın olduğu region görmək istəyirdi”.

Bunu Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.

Hikmət Çətin Heydər Əliyevlə xatirələrini bölüşüb:

“Onun arzusu o idi ki, Azərbaycan beynəlxalq arenada tanınsın, fəal bir üzvə çevrilsin. Mənim Prezident Heydər Əliyevlə çox yaxın münasibətim var idi. Əminəm ki, Heydər Əliyev bu gün Azərbaycanın hansı mövqedə olduğunu görsə idi çox xoşbəxt olardı. Bu onun arzusu idi.”

Mənbə

Share: