Eks-deputatın saxlanılma səbəbi məlum oldu

Eks-deputatın saxlanılma səbəbi məlum oldu

Ermənistanda oliqarx Qagik Tsarukyanın müxalif Çiçəklənən Ermənistan Partiyasının sabiq deputatı Gevorq Petrosyanın saxlanılma səbəbi məlum olub.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Raffi Aslanyan sosial şəbəkə hesabında paylaşım edib.

 

Belə ki, sabiq deputat zorakılıq tətbiq etməkdə və patrul xidmətinin işinə mane olmaqda şübhəli bilinərək saxlanılıb.

 

***

09:58

 

Ermənistanda oliqarx Qagik Tsarukyanın müxalif Çiçəklənən Ermənistan Partiyasının sabiq deputatı Gevorq Petrosyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında məlumat verib.

 

“Saxlanılma qərarı gülünc maddəyə əsaslanır”, – deyə qeyd edən Petrosyan konkret maddəni açıqlamayıb.

Mənbə

Share: