
“Azərbaycanın ümummilli lideri Heydər Əliyev ən çətin işin – millətin formalaşmasının öhdəsindən gəlib”.
Bunu Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının bəxti gətirib ki, çətin bir zamanda məhz Heydər Əliyev onun lideri olub: “O, ən çətin vaxtlarda bütün məsələlərdə tarazlığı qoruyub saxlaya bilib”.
Yuşşenko qeyd edib ki, Prezident Əliyevlə Ukraynada, o, Ukrayna Mərkəzi Bankının rəhbəri olarkən görüşüb və Azərbaycanın ilk milli valyutasının çapına dair təlimat alıb.
Viktor Yuşşenko Heydər Əliyevlə görüşü barədə təəssüratlarını da bölüşüb:
“Bu gün biz Azərbaycanla strateji tərəfdaşıq. Ölkələrimiz arasında hər hansı fikir ayrılığı, münasibətlərimizdə hər hansı xoşagəlməz səhifələr yoxdur. Mən Azərbaycan xalqına rifah, çiçəklənən gələcək arzulayıram”.