Qəzəbin idarə edilməsi üsulları: Psixoterapevtin məsləhətləri

Qəzəbin idarə edilməsi üsulları: Psixoterapevtin məsləhətləri

“Yaxşı psixi sağlamlıq bir çox xəstəliklərdən qoruyur və könül xoşluğuna zəmanət verir…”

 

“Bağışlamaq neqativ hisslərdən xilas olmağın ən yaxşı vasitəsidir…”

 

Qəzəb elə bir haldır ki, insanı narahat edir, hər hansı bir təhlükəyə məruz  qoyur və ya o, inciklik hiss edir, yaxud stres keçirir. 

 

Moderator.az xəbər verir ki, bu barədə Misirin “Sayiday” nəşri yazıb.

 

Ona görə də qəzəb neqativ hissə çevrilərək, ürək döyüntülərinin artmasına, adrenalinin yüksəlməsinə, səs tonunun dəyişməsinə və bədən dilinə gətirib çıxarır.

 

Qəzəb həmçinin başqalarının fikir və hərəkətlərini qəbul etməmək səbəbindən insanın təbii reaksiyasıdır.

 

Psixoterapevt Diala İtani qəzəbin idarə edilməsi üsullarından danışıb.

 

Qəzəbi törədən amillər

 

Belə amillər həddən artıq çoxdur. İnsan ona görə qəzəblənir ki, kimsə ona sözlərlə və ya fiziki olaraq hücum edir. Reaksiya özünü çox gözlətmir və bəziləri sonradan dediklərindən peşiman olur.

 

Qəzəb güclü emosiyadır, onunla buna müvafiq olaraq davranmaq gərəkdir ki, dava və bədən xəsarəti kimi ciddi nəticələrdən yan keçmək mümkün olsun.

 

Qəzəb insana və onun ətrafında olan adamlara təsir edir. Onların hamısı özünü məyus və hürkək hiss edir, cəmiyyətdə  insanın dəyəri və iştirakı azalır.

 

Qəzəb həmçinin beyinə təsir edir. Başın qan damarları genişlənir, qan axını artır, baş ağrıları güclənir. Nəticədə boyunda sıxıntı baş verir, sanki başın üzərində kəmər sıxılıb.

 

Diqqət edin, ürəyin dayanması baş beyində qan damarlarının dağılması səbəbindən yaranır, bu da güclü qəzəb halında baş verir.

 

Bundan başqa, qəzəb halında dərinin vəziyyətini yaxşılaşdıran və onu gözəlləşdirən qlükokortikoidlərin sekresyası azalır. Beləliklə, qəzəb erkən qırışların üzə çıxmasına səbəb olur.

 

Qəzəb hissinin aradan qaldırılması üzrə bəzi məsləhətlər

 

– Təbiətin qoynuna yürüşlər və mülayim qaçış kimi fiziki yüklərlə məşğul olmaq, bu zaman orqanizmin nikbin düşünməyə, meditasiya etməyə və qəzəbə gətirib çıxaran əsas səbəbi müəyyən etməyə kömək edən hormonu hasil etmək qabiyyəti yüksəlir.

 

– Qəzəb hissindən adekvat çıxış yollarının axtarılmasına baş vurmaq çox faydalıdır.

Bu mənada yoqa və relaksasiya üçün hərəkətlər qəzəbin idarə edilməsində çox vacibdir.

 

– Dost və ya qohumla görüş yığılıb qalan neqativ hisslərdən xilas olmağa, beləliklə, insanın özünü  rahat və sakit hiss etməsinə kömək edir. Yaxşı psixi sağlamlıq bir çox xəstəliklərdən qoruyur və könül xoşluğuna zəmanət verir.

 

– Qəzəb hissi yarananda inşiklik hissini saxlamaq lazım deyil. Başqasını bağışlamağa cəhd edin, çünki bağışlamaq neqativ hisslərdən xilas olmağın ən yaxşı vasitəsidir. İnsan öz səhvlərindən öyrənir və başqaları ilə münasibətləri möhkəmləndirir. Bu, sağlamlıq üçün qəzəbin,  xüsusilə ürək-damar xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlər üçün törətdiyi zərərdən yan keçməyə imkan verir.

 

– Stres və həyəcan keçirdiyiniz ağır zamanlarda özünüzə istirahət imkanı yaradın və qüvvələrinizi bərpa edin. İstirahət və bərpa insanın özünü yaxşı hiss etməsinə və problemlərin həllinin axtarılmasına kömək edir.

 

– Əgər qəzəb hissi nəzarətdən çıxıbsa, isterikanın öhdəsindən gəlmək üçün tibbi yardıma müraciət edin. Tibbi yardım belə hallarda müsbət nəticə verir və qəzəbin yaratdığı stresi aradan qaldırır.

 

Müəllif: Əffat Şihab əl-Din

Mənbə

Share: