
Çin Xalq Respublikasının sədri Si Tsinpin Rusiyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, Tsinpinin gələn həftə paytaxt Moskvaya səfəri planlaşdırılıb. Səfər çərçivəsində onun Rusiya prezidenti Vladimir Putinlə görüş keçirməsi də nəzərdə tutulub.
Məlumata görə, əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər olacaq.