
Birdən-birə distant təhsilə keçmək narazılığa səbəb ola bilər.
Modern.az verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmədə deyib.
Nazir bildirib ki, distant təhsil vətəndaşla dövlət arasında narazılığı daha da artıra bilər:
“Bu formada təhsil alanla müzakirə aparanda görürük ki, təhsil aldığı sahə ilə bağlı ilkin bilikləri bilmir. Çox üzr istəyirəm, bu zaman biz adama havayı diplom veririk. Ədalətli rəqabətdən danışırıqsa, diplom ala bilməyən insana diplom verə bilmərik. Pis çıxmasın, kimsə yüksək səslə qışqırırsa, ona diplom verməli deyilik. Ona görə də keyfiyyət cəhətdən distant təhsilə keçmək ciddi problemlər yarada bilər”.