Bu məkana ancaq oliqarxlar girə bilər

Bu məkana ancaq oliqarxlar girə bilər

Bakıda fəaliyyət göstərən əyləncə məkanlarından birinin sosial şəbəkə hesabında paylaşdığı reklam müzakirələrə səbəb olub.

 

Modern.az-ın xəbərinə görə, müştərilərə ünvanlanan müraciətdə bildirilib ki, məkana yalnız zəngin oğlanlar və xanımlar buraxılacaq, maddi baxımdan imkansız insanların girişinə icazə verilməyəcək.

 

 

Elanda məkana gələn bəylərin maşının qiymətinin 200 min manatdan az olmaması, qızların isə çox gözəl olması şərt kimi qoyulub.

 

Bu addım sərt tənqidlərə səbəb olub. 

 

Mənbə

Share: