Blinkenin ardınca Britaniya XİN başçısı da Qazaxıstana gedir

Blinkenin ardınca Britaniya XİN başçısı da Qazaxıstana gedir

Britaniya xarici işlər naziri Ceyms Kleverli martın 17-18-də Qazaxıstana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in nümayəndəsi Aybek Smadiyarov bildirib.

 

O, Qazaxıstanın paytaxtı Astanada Prezident Kasım-Jomart Tokayev, Baş nazir Alixan Smailkov və Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşəcək.

 

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Dövlət Katibi Entoni Blinken də Astanaya səfər edib.

Mənbə

Share: