İran 22 minə yaxın etirazçını əfv etdi

İran 22 minə yaxın etirazçını əfv etdi

İran hakimiyyəti kütləvi etirazlarda iştirak edən 22 minə yaxın insanı əfv edib.

 

Modern.az xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin sədri Qulam Hüseyn Mohseni-Ejei məlumat verib.

 

Qərar İranda İslam İnqilabının 44-cü ildönümünə təsadüf edir. Əfv barədə ilk dəfə fevralda İranın ali dini lideri Ayətullah Əli Xamenei məlumat verib.

 

Qeyd edək ki, İranda kütləvi etirazlar 2022-ci ilin payızında başlayıb. Etirazlara səbəb əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin polis şöbəsində dünyasını dəyişməsi olub.

Mənbə

Share: