
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan istefa verib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat yayıb.
Hunanyan öz təşəbbüsü ilə istefa verdiyini və XİN-də fəaliyyətini davam etdirəcəyini bildirib.
Bildirilir ki, Ani Badalyan Ermənistan XİN-nin sözçüsü təyin edilib.