
Moskvanın bir sıra bölgələrində hava hücumundan müdafiə sistemlərinin quraşdırılması üçün meşələr qırılıb.
Modern.az xəbər verir ki, bu barədə “The Insider” nəşri yazıb.
Qeyd olunur ki, hava hücumundan müdafiə sistemləri yaşayış binalarının arasında yerləşdirilə bilər.
Nəşrin məlumatına görə, Rusiyanın paytaxtında meşələrin qırılması bir neçə yerdə həyata keçirilib. Xüsusilə, Tymiryaz Akademiyasının tarlalarına hərbi texnika yerləşdirilib. Ərazidə zenit-raket komplekslərinin quraşdırıldığı bildirilir.