
Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya görə Rusiyaya tətbiq edilən sanksiyaları 2023-cü il sentyabrın 15-dək uzadıb.
Bu barədə Modern.az Aİ Şurasının mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, məhdudlaşdırıcı tədbirlərə fiziki şəxslərin hərəkətinin məhdudlaşdırılması, aktivlərinin dondurulması daxildir.
Sanksiyalar 1473 fiziki şəxsə və 205 təşkilata şamil edilir.