“Bakı bir neçə gün əvvəl İrəvanın fevralın ortalarında göndərdiyi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərə cavab verib”.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Ermənistan tərəfi prosesdə müəyyən irəliləyiş görür, lakin irəliləyiş həm də fundamental problemləri ortaya qoyur.
Paşinyanın sözlərinə görə, 2020-ci ilin üçtərəfli bəyanatından fərqli olaraq, İrəvan və Bakı arasında razılaşma effektiv olmalıdır.