
ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə telefon danışığı aparmaq istəyir.
Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında məlumat verib.
Telefon danışığının dəqiq tarixi açıqlanmasa da, yaxın günlərdə baş tutacağı bildirilib.
Qeyd edək ki, Çin lideri gələn həftə Rusiyaya səfər etməyi və Putinlə görüşməyi planlaşdırır. O, Putinlə görüşdən sonra videokonfrans formatında Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.