Baxçalı namizədlik üçün müraciət etdi

Baxçalı namizədlik üçün müraciət etdi

Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) mayın 14-də keçiriləcək parlament seçkiləri üçün namizədlik müraciətlərini qəbul etməyə başlayıb.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, partiya sədri Dövlət Baxçalı MHP qərargahında deputatlığa namizəd olmaq üçün ərizə təqdim edib.

 

Partiya namizədlik ərizələrini martın 21-dək qəbul etməyə davam edəcək.

 

Namizədlik üçün müraciət edənlərdən 3 min manat ödəniş tələb olunur.

Mənbə

Share: