Qazaxıstan gəmisi Bakıya gəldi

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 30-də Bakıya gəlib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Share: